Azərbaycanın bu ilin yanvar-may aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 87,3 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 milyon dollar çoxdur.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycan şəkər idxalına 74 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,28%-ni təşkil edib.