Azərbaycan bu ilin yanvar-may aylarında 10.8 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10.5 milyon dollar və ya 49.3 % azdır.

Hesabat dövründə Azərbaycanın mis və ondan hazırlanan məmulatlarının idxalı 12.3 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 70.3% çoxdur.

Bu dövrdə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0.18%-ni, ixracı isə ümumi ixracın 0.07%-ni təşkil edib.