Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinə yeni müavin təyin olunub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Rəşad Həsənliyə həvalə olunub. 

Qeyd edək ki, R.Həsənli 2013-cü ildən ədliyyə sahəsində fəaliyyət göstərib. Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İqtisadi normativ aktlar idarəsində baş məsləhətçi, daha sonra həmin idarənin rəisi vəzifəsində işləyib.

R.Həsənli bu ilin aprel ayında ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.