Bu ilin I rübü ərzində Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur", - nazir qeyd edib.

 

2023-cü ilin 1-ci rübü ərzində regionlarda #vergi yığımları 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 353,1 mln. ₼ olmuşdur.#EconomyAz #DVX pic.twitter.com/HdwD11IdF3

— Mikayil Jabbarov (@MikayilJabbarov) June 20, 2023