Ukraynada müharibə başlayandan sonra ABŞ-a gedən rusların sayı artıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, ölkəyə gedənlərin 60%-i ABŞ-da sığınacaq alıb. 

Məlumata görə, 2020-ci ildə ABŞ-a cəmi 467 rusiyalı gedib. 2021-ci ilin oktyabrından 2022-ci ilin sentyabrına qədər isə 21,7 min Rusiya vətəndaşı ABŞ-a daxil olub. 

Sonn beş ayda isə 25 min rusiyalı ABŞ-a gedib.