Hazırda müharibənin davam etdiyi İsrail, Ukrayna və Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Belə ki, Azərbaycan ilə Ukrayna arasında bu ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 320,3 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 259,6 milyon dollar və ya 44,7 % azdır.

Məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İsrailin ticarət həcmi isə 1,4 milyard dollar olub. Bu da illik müqayisədə 187,8 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 3,9 milyard dollar həcmində olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 687,6 milyon dollar və ya 21 % çoxdur.

 

Gözəl Həşimova