Rusiyanın paytaxtı Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 180-dən çox reys ya gecikir, ya da təxirə salınıb.

“Vnukovo”a aeroportunda 6 reys gecikir, 43-ü təxirə salınıb. “Domodedovo”da 9 reys gecikir, 14-ü təxirə salınıb. “Şeremetyevo” hava limanında isə 14 reys gecikir, 100-ü təxirə salınıb.

Qeyd edək ki, Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün tamamilə bağlayıb.