Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar yayılıb. 

Qurumdan bildirilib ki, “Bakı Metropoliteni” QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur: 

“Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir”.

Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir.

“Bununla belə, gediş haqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb”, - məlumatda bildirilib.oxu.az