Birinci vitse-prezident Mehriban Əliyeva atası - Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin doğum günü münasibətilə sosial media hesablarında paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, paylaşımda deyilir:

“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”.

Qeyd edək ki, bu gün A. Paşayevin 89 yaşı tamam olur.