Maşın bazarında ikinci əl dəbdəbəli sayılan Hummer avtomobilləri satılır. Satışda olan avtomobillər H2 və H3 modelləridir.

Satışda olan avtomobillərin istehsal ili 2004-cü ildən 2008-ci ilə kimidir.

Hummer H2 modellərinin orta hesabla qiyməti 57 557 manatdır. H3 modelləri isə orta hesabla 24 642 manatdır.

Ən bahalı H2 modeli 106 250 min manata satılır. Ən ucuz isə 34 min manatdır.

Maşın bazarında ən bahalı H3 modeli 28 500 manatdır. Ən ucuz isə 16 500 manatdır.