Manatın bu ilin yanvar-may aylarında 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manat olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Statistika Komitəsinin hesabatında qeyd edilib.

Manatın 1 Avroya nisbətdə orta məzənnəsi 1,84 manata, 100 Türk lirəsinə 8,89 manata, 100 Rusiya rubluna 2,24 manata bərabər olub.