İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Böyük Britaniyanın paytaxtı Londonda yaşayan və işləyən azərbaycanlı sahibkarların ehtiyaclarını və çətinliklərini dinləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə Londona səfər edib, şəhərdə yaşayan və işləyən sahibkarlarımızla görüşüb.

“Xarici ölkələrdəki sahibkarlarımızın uğurları bizi sevindirir”, - deyə KOBİA-nın sədri qeyd edib.