Rusiya prezidenti Vladimir Putinin oxşarının olması ilə bağlı açıqlamalar yalandır, prezident hər zaman aktiv olub, indi də aktivdir və heç bir bunkerdə oturmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Eşitdik ki, Putin bunkerdə oturarkən onun yerinə çoxlu oxşarları işləyir. Bu da başqa bir yalandır. Görürsünüz ki, bizdə necə prezident var. O, əslində, meqaaktivdir. Biz, onunla yanaşı işləyənlər çətinliklə onunla ayaqlaşırıq. Onun enerjisinə ancaq paxıllıq etmək olar. Əlbəttə ki, o, heç bir bunkerdə oturmayıb. Bu da yalandır", deyə Kremlin sözçüsü təhsil marafonunda çıxışında qeyd edib.

O əlavə edib ki, insanlar indi informasiyanın çox sürətlə yayıldığı bir dünyada yaşayırlar. Əgər, onun dediyinə görə, “rəhbərinizlə, prezidentlə” baş verənləri vaxtında şərh etməsəniz, başqaları bu şərhi verə bilər.