Kim nə dedi? - Günün SİTATLARI 

Hər gün olduğu kimi bu gün də ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif ictimai-siyasi xadimlərin önəmli açıqlamaları oldu. 
İqtisadiyyat.az tanınmış şəxslərin bu günə olan sitatlarını bir araya gətirərək sizə təqdim edir. Beləliklə, kim nə dedi?
ABŞ Dövlət katibi Entoni Blinken: "ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir və Çinlə münaqişəyə girmək niyyətində deyil".

NATO Baş katibi Yens Stoltenberq: "Çin bizim düşmənimiz deyil, biz Çinlə ticarətə davam edəcəyik".

Almaniya kansleri Olaf Şolts: “Biz Rusiyanın təcavüzkar müharibəsinin uzun zaman ala biləcəyinə hazır olmalıyıq. Biz buna hazırlaşırıq və siyasətimizi buna uyğunlaşdırırıq”.

Kremlin mətbuat katibi Dmitri Peskov: "Həm Minskin, həm də Moskvanın çoxlu düşmənləri var. Təbii ki, Belarus və Rusiya birlikdə bu cəhdlərə müqavimət göstərmək əzmindədir".

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Pofdolyak: "Ukraynanın NATO-ya daxil olması yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkündür".

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili: 'Bugünkü nümunə sübut edir ki, mən Putinin və onun yerli kuklalarının hərbi əsiriyəm'. 

Rusiyalı futbol funksioneri Pavel Stipidi: “Argentina yığmasını Messi yox, hakimlər qrupdan çıxardı, finala kimi daşıdı və sonda dünya çempionu elədilər”.

Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Yunis Hüseynov: “Artıq Estoniya kimi yığmalar da bizə 3 xal gözü ilə baxırlar”.