"İctimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amildir. Bu baxımdan ölkəmizdə parlament seçkilərinin azad, demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün lazımi şərait yaradılıb".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən seminar - müşavirədə deyib.

"Hər zaman olduğu kimi, seçki ilə bağlı əsas yük Mərkəzi Seçki Komissiyasının üzərinə düşür. Bu il də qarşıya qoyulan vəzifələrin Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcəyinə əminəm. Bu işdə məhkəmə hakimiyyəti olaraq, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq", - İ.Kərimov əlavə edib.