Mərkəzi Seçki Komissiyası (MSK) daha 5 partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

İqtisadiyyat.az xəbər verir ki, məsələ barədə MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Arifə Muxtarova məlumat bildirib.

İclasda Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.