Azərbaycanda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülən şəxslərin sayı açıqlanıb

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MS) sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, 125 seçki dairəsindən artıq 104 seçki dairəsi üzrə 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Məzahir Pənahov deyib ki, deputatlığa namizədliyi irəli sürülən 307 nəfərdən 150-sinin namizədliyi təsdiqlənib, onlardan 114 nəfərə imza vərəqi verilib.