Türkiyənin Kahramanmaraş bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə zəlzələ şəhərin Onikişubat rayonunda qeydə alınıb. 

Yerli vaxtla saat 8:45-də baş verən təkanlar yerin 7 km altında olub.