İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, danışıq zamanı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması müzakirə edilib.

Nazirlər tezliklə görüşmək barədə razılığa gəliblər. İran XİN rəhbəri görüşün neytral zəmində keçirilməsini planlaşdırdığını qeyd edib.