"Yaz aylarında İrandan İraqa 2 milyard 348 milyon dollar dəyərində mal ixrac edilib".

İqtisadiyyat.az İran mediasına istinadən bildirir ki, bunu İranın Ticarətin Təşviqi Təşkilatının Qərbi Asiya məsələləri üzrə idarəedici direktoru Fərzad Piltan deyib.

O bildirib ki, İranın təqvim ilinin birinci rübündə İraqa ixracı 24% artıb. Bu dövrdə ən çox artım təbii qaz, armatur, pomidor, dəmir külçələri, mal-qara və quş yemi, polietilen, klinker, süd tozu, plastik materiallarda qeydə alınıb.