Danimarka millisinin qapıçısı Filip Yorgensen İspaniyanın “Vilyarreal”ından London “Çelsi”sinə keçib.
İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qolkiperin müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub.
“Vilyarreal” Filip Yorgensenin transferindən 24,5 milyon avro alacaq.
O, 2023-cü ilin yanvar ayından "Vilyarreal"da 44 matçda iştirak edib, 75 qol buraxıb.
Transfermarkt Filip Yorgensenin transfer dəyərini 20 milyon avro qiymətləndirir