Almaniyanın "Deutsche Lufthansa" aviaşirkəti bu ilin ikinci rübündə gəlirini 7% artırıb, lakin xalis mənfəətini demək olar ki, 2 dəfə azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizdə deyilir.

Məlumata görə, aprel-iyun aylarında şirkətin xalis mənfəəti 881 milyon avrodan 469 milyon avroya enib.

Dövr üzrə gəlir isə 7% artaraq 10 milyard avroya çatıb.

İkinci rübdə "Lufthansa" 35,939 milyon sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur

 

Gözəl Həşimova