FED  faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlamağa məcburdur.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bununla bağlı dünyanın ən böyük hedcinq fondlarından biri olan "Bridgewater Associates"in Baş İnvestisiya Mütəxəssisi (CIO) Bob Prince açıqlama verib.

O bildirib ki, inflyasiyanın azaldılması istiqamətində atılan addımların qısa zamanda effektiv nəticə verməsi gözlənilmir:

"FED-in pul siyasətini qısa zamanda yumşaldacağını gözləmək doğru olmaz. İnvestorlar payıza qədər FED-in cari hədəfi olan 5-5,25 faiz aralığından daha 0,25 faiz bəndi artım edəcəyini proqnozlaşdırırlar. Əsas inflyasiya FED-in 2 faizlik hədəfindən xüsusilə yüksəkdir. Biz hələ bir müddət də inflyasiya səviyyəsində ilişib qalacağıq. Hazırda ən böyük risk odur ki, mövcud enerji qiymətləri inflyasiyanın dirçəlməsinə səbəb ola bilər".