Fələstin dövlətinin Prezidenti Mahmud Abbasın Türkiyəyə səfərinin tarixi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti İdarəsinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "X" hesabında bildirib.

O bildirib ki, Fələstin lideri avqustun 14-15-də Türkiyəyə səfər edəcək.

Fəxrəddin Altunun sözlərinə görə, Fələstin Prezidenti avqustun 14-də Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək, avqustun 15-də isə Türkiyə parlamentində çıxış edəcək.