İranda HƏMAS liderinin öldürülməsi Yaxın Şərq münaqişəsini qızışdırdığı üçün neft qiymətləri artıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 46 sent və ya 0,6% bahalaşaraq 81,30 dollara çatıb.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 55 sent və ya 0,7% artaraq 78,46 dollar olub.

 

Gözəl Həşimova