Yaponiyanın avtomobil şirkəti Honda-nın Nyu York birjasında dəyəri artıb.

 Honda Motor Co Ltd şirkətinin bir səhminin qiyməti Nyu-Yorkun NYMEX birjasında 2,76% artaraq 29,39 dollar təşkil edib.

Şirkət divident ödənişini 2,52% səviyyəsində saxlayıb.

Qeyd edək ki, hazırda Honda avtomobil şirkətinin dəyəri 51 milyard 67 milyon dollar təşkil edir.