Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən danışıqlarda müdafiə sektorunda müştərək istehsalın, o cümlədən yeni növ hərbi texnikanın inkişafını müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra danışıqlardan sonra keçirilən brifinqdə bildirib.

"Hər iki lider müdafiə sahəsində birgə istehsalın vacibliyini vurğuladılar. Artıq müdafiə sahəsində birgə istehsalda bəzi yaxşı nümunələrimiz var", - Kvatra bildirib.

O qeyd edib ki, hər iki lider lazım gələrsə, Hindistan və Rusiya arasında uğurlu birgə istehsal layihələrinə daxil edilə bilən yeni hərbi texnikanın və mümkünsə yeni platformaların birgə istehsalına əlavələr edəcək.