Hindistan yaxın 5 il ərzində Yer səthini müşahidə etmək üçün kosmosa 50 peyk buraxmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri Şridhara Somanat məlumat verib.

Onun sözlərinə görə, geniş miqyasda peyklərin buraxılması ölkənin təhlükəsizlik təhdidlərini azaldacaq:

"Kosmik peyklərin genişləndirilməsi nəticəsində Hindistan çox böyük potensial qazanacaq. Biz həm Hindistan ərazisini, həm də qonşu bölgələri izləyə biləcəyik".

 

Gözəl Həşimova