Bu ilin yanvar-noyabr aylarında Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 2,1 milyard dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin analoji dövrünün göstəricisindən 0,2% azdır. Bununla da Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Rusiya ikinci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstandan Rusiyaya mal ixracı 605 milyon dollar, ölkədən idxal isə təxminən 1,6 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova