Azərbaycan ilə Gürcüstan arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 396,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 359,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 37,3 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 390,6 milyon dollar təşkil edib.