“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
İlqar İsmayılov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına "İdeal perfumery & cosmetics" əmtəə nişanının ekspertizası ilə bağlı 03.07.2021 tarixli qərarına etirazını bildirib.
Etiraza 25 yanvar 2022-ci il, saat 12:30-da qurumun Apellyasiya şurasında baxılacaq.
Qeyd edək ki, iclas Agentliyin Mərdanov qardaşları 124 ünvanında yerləşən binasında keçiriləcək.