Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-noyabr aylarında 514 milyon 207 min dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə ölkədən Fransaya ixrac 131,9 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 382,2 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90% çoxdur.

 

Gözəl Həşimova