Ermənistanda 4 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, Ermənistan DİN-nin verdiyi məlumata görə, zəlzələ Spitakdan 4 km şimal-şərqdə olub. Təkanlar yerin 10 km altında yerləşib və yeri vaxtla 18:54-də qeydə alınıb.

Zəlzələ Lori rayonunun Spitak, Stepanavan və Vanadzor, həmçinin Şirakamut, Arjut, Lernapat və Şahumyan kəndlərində 3-4 bal gücündə hiss olunub.