Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla"nın bu ilin ikinci rübündə gəliri illik müqayisədə 47%, xalis mənfəəti isə 20% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət balans hesabatını açıqlayıb.

Hesabat dövründə şirkətin gəliri 24,9 milyard dollara çatıb. Halbuki, "Tesla" 2022-ci ilin ikinci rübündə 16,9 milyard dollar gəlir əldə edib.

Bu dövrdə elektrik avtomobil istehsalçısının xalis mənfəəti 2,7 milyard dollar olub. Keçən ilin eyni dövründə "Tesla"nın xalis mənfəəti 2,3 milyard dollar təşkil edib. Şirkətin səhm başına qazancı isə 91 sentə yüksəlib.

 

Gözəl Həşimova