Əlcəzairin "daha ədalətli dünya" ritorikası Çinlə dah da yaxınlaşmasına səbəb ola bilər.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, 17-21 iyul tarixlərində Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Çinə səfəri iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da yaxşılaşdırıb. 

Çinlə imzalanmış sazişlər və anlaşma memorandumları Əlcəzair üçün həyati əhəmiyyət kəsb edən bütün sahələri əhatə edib. Elm və kosmos sahəsində əməkdaşlıqla yanaşı, xüsusilə Çin texnologiyasının transferi ilə Əlcəzairin strateji taxıl istehsalı, bərpa olunan enerji və hidrogen sahələrində əməkdaşlıq müqavilələri imzalanıb.

Əlcəzair bazarının ən böyük tədarükçüsü olan Çin Əlcəzairə hər il 8 milyard dollar ixrac edir. Pekin Əlcəzairdən də 1 milyard dollar idxal edir.

Əlcəzairin ticarət naziri Tayyib Zeytuni bildirib ki, Əlcəzair şirkətləri ilə çinli tərəfdaşları arasında imzalanan müqavilələr iki ölkə arasında əlaqələri bazar səviyyəsindən  investisiya səviyyəsinə yüksəldib.

Gülşən Şərif

İqtisadiyyat.az