Bu ilin birinci yarısında dünyanın ən zəngin 500 adamı ümumi sərvətlərini 852 milyard dollar artırıb.  

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, 6 ay ərzində bu insanların hər biri orta hesabla gündə təxminən 14 milyon dollar zənginləşib.

Məlumata görə, bu, COVID-19 pandemiyasından sonra ən yaxşı nəticədir.

Əlavə edək ki, bu dövrdə İlon Maskın sərvəti 96,6 milyard dollar artaraq 234 milyard dollara çatıb. Beləliklə, Mask dünyanın ən zəngin adamı statusunu yenidən qazanıb.