"Twitter", "Tesla" və "SpaceX"in baş direktoru İlon Mask bu ilin yanvar-iyun ayları ərzində dünyada ən çox qazanan insan olub.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabat dövründə Mask dünyanın ən zəngin insanları reytinqində birinci yeri tutub.

Məlumata görə, son 6 ayda Mask 96,6 milyard dollar qazanıb. Bununla da onun sərvəti 234 milyard dollara çatıb. Bu siyahıda ikinci yerdə "Meta"nın təsisçisi Mark Zukerberq, üçüncü yerdə isə "Amazon" korporasiyasının yaradıcısı Ceff Bezos qərarlaşıb.