2023-cü ildə ən çox əhalisi olan ölkə 1 milyard 428 milyon 627 min 663 nəfərlə Hindistan, ikinci yerdə 1 milyard 425 milyon 671 min 352 nəfərlə Çin və 339 milyon 996 min 563 nəfərlə ABŞ olub. Bu 3 ölkə dünya əhalisinin 39,7%-ni təşkil edib.

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, Türkiyə 85 milyon 372 min 377 nəfər əhalisi ilə 194 ölkə arasında 18-ci yeri tutub. Bu da dünya əhalisinin 1,1%-dir. Ölkələr arasında ən çox uşaq əhalisi olanlar 55,5% ilə Niger və Mərkəzi Afrika Respublikasıdır.

Uşaq əhalisinin ən aşağı olduğu ölkə 13,9%-lə Koreya Respublikasıdır. 2023-cü ildə dünya uşaq əhalisinin orta səviyyəsi 29,8 faiz təşkil edib. Bu dövrdə dünyada orta gənc əhalinin nisbəti 15,5% təşkil edib.

 

Gözəl Həşimova