Dünya bazarında neftin qiyməti artmaqda davam edib.

İqtisadiyyat.az xəbər verir ki, buna ABŞ Prezidenti Cozef Baydenin ölkədəki strateji xammal ehtiyatlarının azalması ilə bağlı bəyanatı səbəb olub.

Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,84 % bahalaşaraq 1 bareli 93,19 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,35 % artaraq 1 bareli 85,67 ABŞ dolları təşkil edib.

İnvestorlar qiymət artımına təsir edən digər amilləri də qiymətləndirirlər. Belə ki, Çində ölkəyə gələnlər üçün karantin günlərinin sayının azaldılması məsələsi müzakirə olunur. Ölkədə karantin tədbirləri yumşaldılarsa, yanacağa tələbatın artması səbəbindən neftin qiyməti arta bilər.