Babək rayonunda yeni fiber-optik magistral şəbəkəsi yaradılır.

Bu barədə İqtisadiyyat.az rayonun Rabitə İdarəsindən məlumat əldə edib.

Bildirilib ki, şəbəkənin yaradılması işlərinə başlanılıb. Layihəyə əsasən hazırda rabitə dirəklərinin alınması işləri həyata keçirilir.

Qeyd edilib ki, 5 m-lik 1600 ədəd, 6.80 m-lik 2500 ədəd və 8 m-lik 600 ədən rabitə dirəyi sifariş edilib.

Bunlara isə ümumilikdə 669.758,56 manat sərf olunacaq.