"Coca-Cola"nın xarici valyutada uzunmüddətli defolt reytinqi bir bənd artırılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bununla bağlı "Fitch Ratings" beynəlxalq kredit reytinqi agentliyi hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin əməliyyat gəlirliliyinin yaxşı səviyyədə olması genişləndirmə planının uğurla həyata keçirilməsinə imkan yaradır. 

Kredit reytinqini “BBB” səviyyəsinə yüksəldən şirkətin əsas mövqeyi güclü kapital strukturu və sərinləşdirici içkilər sektorunda dayanıqlılığı təmin etməkdir.