Beynəlxalq Valyuta Fondu (BVF) nağd pul sıxıntısı yaşayan Pakistan üçün uzun müddətdir dayandırılmış 1,17 milyard dollarlıq yardım paketinin sərbəst buraxılmasını təsdiqləyib.

Bu barədə qurum məlumat yayıb.

Məlumata görə, tranş 2019-cu ildə BVF Cənubi Asiya ölkəsinin iqtisadiyyatını dəstəkləmək üçün elan edilmiş 6 milyard dollarlıq paketin bir hissəsidir. Hazırda daşqınlar nəticəsində yaranan böyük maliyyə və insan itkilərinin öhdəsindən gəlməkdə çətinlik çəkən Pakistan üçün bu yardım həlledici hesab olunur.