Almaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib.

İqtisadiyyat.az “RBK Ukraina”ya istinadən bildirir ki, bununla bağlı Almaniya hökuməti açıqlama verib. 

Məlumata görə, yardım paketinə 3 ədəd “Dachs” tankı, “Leopard 2” tankları, “Marder” piyada döyüş maşınları, 70 M-G3 pulemyotu və düşmənin PUA-larını müəyyən etmək üçün 30 sensor daxildir.

“Marder” piyada döyüş maşınları artıq Ukraynaya göndərildiyi qeyd edilib.