Cənubi Koreya hökuməti Rusiya və Belarusa daha 682 növ malın ixracını məhdudlaşdıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın ticarət, sənaye və energetika nazirliyinin saytında məlumat dərc olunub.

Yeni məhdudiyyətlər ağır tikinti texnikası, təkrar doldurulan akkumulyatorlar, təyyarə komponentləri və mühərrik həcmi 2 min kubmetrdən çox olan minik avtomobillərinə şamil ediləcək.

Dəyişikliklər inzibati prosedurlardan sonra 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək. Bundan sonra ixracı məhdudlaşdırılan malların sayı 1159-a çatacaq.

 

Gözəl Həşimova