Əsassız səs siqnallarına görə sürücülər avtomobil sürmək hüququndan məhrum ediliblər. 

Bu barədə Minsk Dövlət Müfəttişliyinin mətbuat xidmətindən məlumat verilib.

Belarusun Dövlət Avtomobil Müfəttişliyinin tətbiq etdiyi yeni qaydalara görə, martın 1-dən səs siqnallarının istifadəsi qaydalarının pozulması səbəbindən 10 Belarus valyutası cərimədən 1 il sürücülük hüququndan məhrum edilməyə qədər artırılıb. 

Yeni qaydalara görə səs siqnalından yaşayış məntəqələrində yalnız yol qəzasının qarşısının alınması məqsədilə istifadə oluna bilər. 

Qeyd edək ki, sürücülük hüququndan məhrum olunan sürücülərin sayı açıqlanmayıb.