“Bölgələrdə dövlət qurumları bir-biri ilə əlaqəli şəkildə işləmir”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin “Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsinə dair” analitik hesabatının təqdim olunduğu konfransda çıxış edən deputat Jalə Əhmədova deyib.

O bildirib ki, dövlət qurumlarının qarşılıqlı kommunikasiyası olmalıdır:

“Öncəliklə deyim ki, hüquq-mühafizə orqanlarının fəaliyyətindən çox razıyam. Müşahidələr göstərir ki, ən minimal şikayətlər məhz hüquq-mühafizə orqanlarından gəlir. Demək ki, disiplinli iş görmək mümkündür. 

Yaxşı olardı ki, gələcəkdə Sosial Tədqiqatlar Mərkəzi sorğularında deputatların da iştirakına şərait yaratsın. Çünki deputatlar da vətəndaşlarla sıx əlaqədədir və onların daha çox şikayətçi olduqları dövlət qurumları barədə məlumatlıdırlar. Qeyd edim ki, bölgələrdə dövlət qurumlarının fəaliyyətində böyük problemlər var. Vətəndaş şikayət edərkən problemlə bağlı qurum sadəcə onların səlahiyyətində olmadığını bildirir. Halbuki vətəndaşa geniş məlumat verilməli və problemin həlli istiqamətində səlahiyyətli qurum barədə informasiya verməlidir”.

Gülşən Şərif