Yadigar Musayev Ağsuda pambıq yığımı vaxtı Narbuta xanıma öz sevgisini etiraf edəndə təqvim 1977-ci ili göstərirdi.

Onda bəlkə ağıllarına gəlməzdi ki, aradan 46 il keçəcək və onlar birlikdə qoşa qarıyacaqlar. Hətta bu etirafın ilk şahidi olan gül ləçəkləri də onlarla birgə ömür sürəcək.

Hətta övladsızlıq belə onların birgə yaşaması və yaşlanmasına əngəl ola bilməyib. 46 illik sevgini ürəklərində və gözlərində yaşadan bir ailənin həyat hekayəsinə həsr olunan süjet ARB TV-də yayımlanan “Günə doğru” verilişində təqdim edilib.

İqtisadiyyat.az sözügedən videomaterialı təqdim edir: