Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 128,2 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 433,3 milyon dollar və ya 77% azdır.

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 8,9 milyon dollarlıq mal ixrac edilib. Bu ölkədən idxal isə 119,2 milyon dollar dəyərində olub.