Azərbaycanın bu ilin yanvar-noyabr aylarında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 1,5 milyard ABŞ dolları dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 1,7 % çoxdur.
Hesabat dövründə MDB ölkələrindən idxal isə 4,3 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 12,4% çoxdur.
Cari ilin 11 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarəti:
MDB ölkələri |
Ticarət dövriyyəsi |
Belarus |
299,6 milyon dollar |
Qazaxıstan |
300,7 milyon dollar |
Qırğızıstan |
57,5 milyon dollar |
Moldova |
14,1 milyon dollar |
Özbəkistan |
161,5 milyon dollar |
Rusiya |
3,9 milyard dollar |
Tacikistan |
5,8 milyon dollar |
Türkmənistan |
738,9 milyon dollar |
Ukrayna |
320,3 milyon dollar |
Gözəl Həşimova