Bu ilin yanvar-may aylarında Azərbaycanın ən çox mal idxal etdiyi ölkə Rusiya olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan bu ölkədən 1,3 milyard dollar dəyərində məhsul idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36,2% çoxdur.

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr isə bunlardır:

Ölkə

İdxal

Rusiya

1,3 milyard dollar

Çin

1 milyard dollar

Türkiyə

964,3 milyon dollar

Almaniya

408,3 milyon dollar

Türkmənistan

354,4 milyon dollar